“Neftçi”nin məşqçilər korpusunda daha bir təyinat

16:00 14 Avqust 2023

Baş məşqçi Adrian Mutunun seçimi və təqdimatı əsasında “Neftçi”nin məşqçilər korpusuna daha bir təyinat olub.

Sportarena.az xəbər verir ki, təcrübəli mütəxəssis Sənan Qurbanov köməkçi məşqçi təyin edilib. Onunla 2 illik müqavilə bağlanıb.

Qeyd edək ki, baş məşqçi Adrian Mutunun digər köməkçiləri, məşqçilər korpusunun üzvləri – köməkçi məşqçi Alin-Nikolaye Çita, analitik məşqçi Aurelian-Boqdan Patraşku, fiziki hazırlıq üzrə məşqçi Miodraq Todorov və qapıçılar üzrə məşqçi Mihai-Qavril Nedebandır. 


Digər xəbərlər

Xəbər xətti