PFL Azərbaycanın 1 və 2-ci liqalarının loqolarını açıqladı - FOTOLAR

10:43 14 Avqust 2023

Futbol üzrə Azərbaycan I və II Liqalarının loqoları bəlli olub.

Sportarena.az PFL-ə istinadən xəbər verir ki, liqaların sıralamasına uyğun olaraq ana xətdə rum rəqəmləri ilə 1-ci və 2-ci sıra sayları ifadə edilib. Burada həm də sıra saylarının çempionatları göstərən Liqa sözünün baş hərfinin (L) tamamlanmasında iştirak etdiyini görmək mümkündür.

1-ci və 2-ci sıra sayları və L hərfi arasındakı məsafə komandaların yüksəlişə (yüksək liqaya) doğru yoluna işarədir. Yolun konturları isə həm də qələbə üçün üz-üzə gələn iki tərəfi – klubları ehtiva edir.

Futbolçunun silueti oyunların əvəzolunmaz hissəsinin nümayişi ilə yanaşı, topa başla zərbə vuran futbolçu “İ” hərfinin obrazlı şəkildə təsviridir. 



Digər xəbərlər

Xəbər xətti