"BAL LİNE" şirkətindən xeyirxah addım

12:41 5 Avqust 2023

"BAL LİNE" şirkəti növbəti addımı ilə sosial məsuliyyətə nə qədər önəm verdiyini göstərib.

Belə ki, bu ilin əvvəlindən aksiyaya başlayan şirkət müştərilərin doğum günlərində onların adından Qarabağ Dirçəliş Fonduna 1000 ağac bağışlamışdı. Bu günlərdə isə şirkətin səhmdarı, iş adamı Bülent Karani 1000 ağac da əlavə olaraq ianə edib. Şirkət həmçinin bundan əlavə  bayram və xüsusi günlərdə, həmçinin müştərilərinin doğum günlərində YAŞAT fonduna və Qarabağ Dirçəliş Fonduna ianələrini davam etdirir.
Şirkət nümayəndələri bu addımın şəhid ailələri və qazilərə sonsuz ehtiramlarını göstərmək, həmçinin Qarabağın sağlam ekosisteminin qurulması və gələcək nəsillərə miras qoyulması məqsədilə atıldığını bildiriblər.

Qeyd edək ki, "BAL LİNE" şirkətinin ticarət markası "ETOPAZ"dır.


Digər xəbərlər

Xəbər xətti