Boks yığmamız Avropa Oyunlarını 7-ci pillədə başa vurdu

01:52 3 İyul 2023

Polşada keçirilən III Avropa Oyunlarında boks üzrə yarışlar başa çatıb.

Sportarena.az xəbər verir ki, 42 ölkənin iştirakı ilə 10 gün davam edən mübarizənin yekununda medal əldə edən ölkələrin siyahısı açıqlanıb.

Avropa Oyunlarında 7 çəkidə təmsil olunan kişilərdən ibarət yığmamız 2 medala yiyələnib. Hesabına 1 gümüş və 1 bürünc mükafat yazan komandamız medal sıralamasına görə yarışı 7-ci pillədə başa vurub. Millimiz bu yerə İspaniya, İrlandiya və Türkiyə ilə şərikdir.

Ümumilikdə 18 ölkə Polşada medala sahib olub. Onlardan isə cəmi 6-sı çempionluq sevinci yaşayıb.

Siyahıda birinci yeri Fransa yığması tutub. İkinci yerdə İtaliya qərarlaşdığı halda, 3-cü pilləyə Bolqarıstan və Böyük Britaniya şərik olub.

Qeyd edək ki, yığmamızın heyətində Məhəmməd Abdullayev (+92 kq) gümüş, Murad Allahverdiyev (80 kq) bürünc medal qazanıb. Hər iki boksçu eyni zamanda Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

1 Fransa 2 0 1
2 İtaliya 1 0 2
3 Bolqarıstan 1 0 1
3 Böyük Britaniya 1 0 1
5 Danimarka 1 0 0
5 Ukrayna 1 0 0
7 Azərbaycan 0 1 1
7 İspaniya 0 1 1
7 İrlandiya 0 1 1
7 Türkiyə 0 1 1
11 Xorvatiya 0 1 0
11 Gürcüstan 0 1 0
11 Serbiya 0 1 0
14 Belçika 0 0 1
14 Almaniya 0 0 1
14 Macarıstan 0 0 1
14 Polşa 0 0 1
14 İsveç 0 0 1


Digər xəbərlər

Xəbər xətti