Millimizin hücumçusu Tailanda yollandı

17:35 30 İyun 2023

Azərbaycan millisinin üzvü Ramil Şeydayev "Buriram Yunayted"lə müqavilə bağlamaq üçün Tailanda  yola düşüb.

Sportarena.az xəbər verir ki, 27 yaşlı hücumçu bununla bağlı İnstaqram hesabında paylaşım edib. 

Qeyd edək ki, Misli Premyer Liqasında ötən mövsüm 22 qolla bombardir olan millimizin üzvü 2021-ci ilin yayından "Qarabağ"da çıxış edirdi. O, Ağdam klubu ilə bu yay başa çatan müqaviləsini yeniləməyib. 


Digər xəbərlər

Xəbər xətti