“Çelsi”dən “Arsenal”a

18:29 18 İyun 2023

"Çelsi"nin yarımmüdafiəçisi Kay Haverts "Arsenal"a keçməyə yaxındır. 

 

Sportarena.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq özünün “Tvitter” səhifəsində yazıb.

 

Transfer qiyməti 80 milyon avro olacaq. 24 yaşlı oyunçunu heyətinə qatmaq istəyən “Bavariya” “Arsenal”ın danışıqlarda irəlilədiyi barədə məlumat aldığı üçün Havertsə təklif göndərməyib.

 

London təmsilçisinin almaniyalı futbolçu ilə 5 illik müqavilə imzalayacağı gözlənilir.

 

Qeyd edək ki, İngiltərə Premyer Liqasının 2022/2023 mövsümündə Haverts 35 oyuna çıxıb, 7 qol vurub və 1 qolun ötürməsini verib.


Xəbər xətti