"Mançester Yunayted" müdafiəçisi ilə yollarını ayırdı

17:26 18 İyun 2023

İngiltərənin "Mançester Yunayted" klubunda ayrılıq gerçəkləşib.

 

Sportarena.az xəbər verir ki, "qırmızı şeytanlar" Aksel Tuanzebe ilə yollarını ayırıb. Bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı mərkəz müdafiəçisinin mövsümün sonunda başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

 

Qeyd edək ki, Aksel Tuanzebe "Mançester Yunayted"in yetirməsidir. İngiltərəli arxa xətt oyunçusu son mövsümü icarə əsasında "Stok Siti"də keçirib.


Xəbər xətti