“Mançester Yunayted”də ayrılıq

17:28 17 İyun 2023

“Mançester Yunayted” müdafiəçisi Aksel Tuanzebeylə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın rəsmi saytı məlumat yayıb.

 

25 yaşlı futbolçu ilə müddəti bitən müqavilə yenilənməyib və Tuanzebe azad agent statusu alıb.

 

“Mançester Yunayted”in öz yetirməsi olan Tuanzebe klubun əsas komandasında cəmi 37 oyuna çıxıb. Müdafiəçi “Aston Villa”, “Napoli” və “Stok Siti” kimi klublarda icarədə oynayıb.

 

Komandanın əsas qapıçısı David De Xeanın da klubla müqaviləsinin müddəti bu ayın sonu bitir. Hazırda tərəflər yeni müqavilə ilə bağlı danışıqları davam etdirirlər.


Xəbər xətti