“Nyukasl” “Arsenal”ın müdafiəçisi üçün təklif hazırlayır

12:40 17 İyun 2023

“Nyukasl” “Arsenal”ın müdafiəçisi Kiran Tirni üçün rəsmi təklif hazırlayır.

 

Sportarena.az “Football Insider”-ə istinadən xəbər verir ki, şotlandiyalı futbolçu London klubunda dörd mövsüm keçirdikdən və “topçular”ın heyətində Aleksandr Zinçenko ilə mübarizədə uduzduqdan sonra iş yerini dəyişməyə yaxındır.

 

26 yaşlı futbolçu ilə “Mançester Siti” və “Aston Villa” da maraqlanır.

 

Tirni cari mövsümdə “topçular”ın heyətində bütün turnirlər daxil olmaqla 36 oyuna çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə edib.


Xəbər xətti