“İnter”in qapıçısı Premyer Liqa klubuna keçə bilər

13:27 17 İyun 2023

“İnter”in qapıçısı Andre Onana “Mançester Yunayted”ə keçə bilər.

 

Sportarena.az “The Guardian”-a istinadən xəbər verir ki, David De Xeanın qeyri-sabit çıxışı fonunda “Mançester Yunayted” kamerunlu futbolçu ilə maraqlanır. “Qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq Onananın ispan qapıçı ilə rəqabət yaratmasını istəyir.

 

Onana özü də “Mançester Yunayted”ə keçməyə qarşı deyil.

 

Daha əvvəl 27 yaşlı futbolçu ilə “Çelsi”nin də maraqlandığı bildirilirdi.


Xəbər xətti