Kaysedonu istəyən 3 klub

16:45 16 İyun 2023

“Brayton”un yarımmüdafiəçisi Moyses Kaysedo iş yerini dəyişə bilər.

 

Sportarena.az “Football Insider”-ə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu uğrunda “Çelsi”, “Arsenal” və “Bayern” mübarizə aparır.

 

Öncədən “qağayılar”ın ekvadorlu üçün ən azı 70 milyon funt-sterlinq istədiyi bildirilirdi.

 

Kaysedo 2022/23 mövsümündə “Brayton”un heyətində 43 oyuna çıxıb, bir qol vurub və eyni sayda məhsuldar ötürmə edib.


Xəbər xətti