MS və “Çelsi” Kovaçiçlə bağlı razılığa gəlib

16:18 16 İyun 2023

“Çelsi”nin yarımmüdafiəçisi Mateo Kovaçiç “Mançester Siti”yə keçir.

 

Sportarena.az ESPN-ə istinadən xəbər verir ki, klublar xorvat futbolçunun təxminən 34 milyon funt-sterlinqə keçidi üçün prinsipial razılığa gəliblər. İndi tərəflər ödənişin necə olacağını müzakirə edirlər.

 

29 yaşlı yarımmüdafiəçi Xorvatiya millisinin düşərgəsindən qayıtdıqdan sonra bütün transfer məsələlərinin iki həftə ərzində həll olunacağı gözlənilir. Kovaçiçin özüylə müqavilə şərtləri razılaşdırılıb.


Xəbər xətti