İngiltərə Premyer Liqasında yeni mövsümün püşkü atılıb

16:23 15 İyun 2023

Futbol üzrə İngiltərə Premyer Liqasında 2023/2024 mövsümünün püşkü atılıb.

 

Sportarena.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, I turun ilk oyunu avqustun 11-də gerçəkləşəcək.

 

Çempion "Mançester Siti" "Bernli”nin qonağı olacaq. Həmin turda "Çelsi" və "Liverpul" komandaları da üz-üzə gələcək. Görüş avqustun 13-də keçiriləcək.

 

Mövsümün sonuncu turu 2024-cü il mayın 19-da baş tutacaq.



Xəbər xətti