Ceyms Milnerin yeni klubu

14:27 15 İyun 2023

Bu ay "Liverpul"dan ayrılan Ceyms Milner "Brayton"a transfer olunub.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Milner 2015-ci ildən Mersisayd təmsilçisində oynayırdı. İngiltərəli futbolçu ötən mövsüm klubun heyətində 43 oyunda 1284 dəqiqə meydanda olub. 

 

Xatırladaq ki, "Brayton" 2022/2023 mövsümündə İngiltərə Premyer Liqasını 6-cı pillədə başa vurub və Avropa Liqasında oynamaq hüququ qazanıb.


Xəbər xətti