Kante futbol klubu alır

13:58 15 İyun 2023

"Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante tezliklə Belçikanın "Royal Excelsior Virton" klubunun sahibi ola bilər.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən ilin sonunda fransalı futbolçu klubun bazasına baş çəkib və “Virton”un sahibi Flavio Bek səhmlərinin almaq təklifi ilə onu razı salıb.

 

Bekin satış üçün klubun davam edən hüquqi işlərini həll etməli olduğu vurğulanıb. "Virton" artıq satış prosesi ilə bağlı Belçika Kral Futbol İttifaqını məlumatlandırıb.

 

2022/23 mövsümündə "Royal Excelsior Virton" Belçika ikinci divizionunda sonuncu yeri tutub və üçüncü liqaya düşüb.


Xəbər xətti