"Nyukasl"dan italiyalı futbolçu üçün 60 milyon avroluq təklif

09:51 15 İyun 2023

"İnter"in futbolçusu Nikolo Barella karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, Çempionlar Liqasına vəsiqə qazanan "Nyukasl" 26 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə "Telegraph" nəşri məlumat yayıb. "Sağsağanlar" Milan təmsilçisinə italiyalı oyunçu üçün 60 milyon avroluq təklif göndərməyə hazırlaşır.

 

Qeyd edək ki, "İnter" Nikolo Barellanı 2020-ci ilin yayında "Kalyari"dən transfer edib. İtaliya millisinin üzvü son mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 52 rəsmi matçda 9 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.


Xəbər xətti