"Liverpul"da mövsümün ən yaxşı oyunçusu oldu

00:23 14 İyun 2023

"Liverpul"un qapıçısı Alisson Bekker 2022-2023 mövsümündə komandanın ən yaxşı oyunçusu seçilib.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Hər kəsin iştirak etmək imkanı olan səsvermədə Məhəmməd Salah 2-ci, Trent Aleksander-Arnold 3-cü olub.

 

Alison "Liverpul"da ilk dəfədir bu mükafatı qazanır. Braziliyalı futbolçu 2018-ci ilin yayında “Roma”dan “Liverpul”a keçib. O, 2022/2023 mövsümündə "Liverpul"da 47 oyun keçirib, 17 dəfə qapısını toxunulmaz saxlayıb.


Xəbər xətti