“Çelsi” Vlahoviç üçün iki oyunçusunu təklif edir

17:54 13 İyun 2023

“Yuventus” “Çelsi”nin rəsmi təklifindən imtina edib. Turinlilər adı iki İtaliya klubu ilə yanaşı çəkilən futbolçuları istəməyib.

 

Sportarena.az xəbər verir ki, “Yuventus”dan Duşan Vlahoviçi almaq istəyən “zadəganlar” Serbiya millisinin üzvü üçün pul yox, iki oyunçusunu vermək niyyətindədir. Son mövsümdə “İnter”də icarədə olan Romelu Lukakunu və “Milan”la danışıqlar aparan Ruben Loftus-Çii İtaliyaya göndərmək istəyən londonlular bununla həm də heyətini yüngülləşdirmək arzusundadır. Lakin turinlilər bu təklifə “yox” deyib.

 

Ötən həftəsonu görüşən iki klub rəsmiləri tezliklə yenidən görüşməyə razılaşıb. “Yuventus” daha cəlbedici təklif gözləyir.


Xəbər xətti