7 milyona hücumçu alıb, icarəyə verdilər

17:28 13 İyun 2023

İngiltərənin “Nyukasl” klubu yeni hücumçu transfer edib.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Danimarkanın “Odense” klubunun 18 yaşlı hücumçusu Yankuba Mintehi alıb.

 

Qambiyadan olan futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlannayıb.

 

İngiltərə klubu bu keçidə görə “Odense”yə 7 milyon avro ödəyəcək.

 

“Nyukasl” yeni transferini dərhal icarəyə verib. Mintehin qarşıdakı mövsümü icarə əsasında Niderland “Feyenoord”unda keçirəcəyi açıqlanıb.


Xəbər xətti