Hakan Çalhanoğlu: "İnanıram ki, kuboku qazana bilərik”

11:57 10 İyun 2023

"İnter"in futbolçusu Hakan Çalhanoğlu Çempionlar Liqasının finalında "Mançester Siti" ilə oyun öncəsi gözləntilərini bölüşüb.

 

Sportarena.az BBC-yə istinadən xəbər verir ki, o, rəqibi yaxşı öyrəndiklərini bildirib:

"Nəyə qadir olduğumuzu göstərəcəyik. Qorxmadan oynamalıyıq. Başa düşürük ki, rəqib də oyuna bütün gücünü tam vermək niyyətindədir. Biz nədən ibarət olduğumuzu göstərməliyik.

Bu mövsüm böyük oyunlara üstünlük verdik, ona görə də nəyə qadir olduğumuzu bilirik. Mən təzyiq hiss etmirəm. Bu mövsüm digər komandaları məğlub edəndən sonra özünə inam qazandım. Özümə çox güvənirəm. Qrup mərhələsində “Barselona”ya qalib gəldik.

Bu kuboku qaldırmaq istəyirəm. Mən uşaqlıqdan bu haqda düşünürəm. İnanıram ki, kuboku qazana bilərik”.

 

Qeyd edək ki, bu gün keçiriləcək "Mançester Siti" - "İnter" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti