Qvardiola: "İnter" tarix baxımından "Mançester Siti"dən üstündür"

11:19 10 İyun 2023

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "İnter"ə qarşı keçirəcəkləri Çempionlar Liqasının final oyunundan gözləntilərini bölüşüb.

 

Sportarena.az "The Guardian"a istinadən xəbər verir ki, mütəxəssis diqqətli oynamalı olduqlarını deyib:

“Mən insanların fikirlərinə nəzarət edə bilmirəm. Biz sadəcə olaraq nə etməli olduğumuza diqqət yetirməliyik. Hər şey oyunla bitir. Və 95 dəqiqə ərzində daha yaxşı çıxış edən komanda qalib gələcək.

“İnter” tarix baxımından bizdən üstündür. Amma bu, vacib deyil. İstanbul vaxtı ilə saat 22:00-da rəqibdən daha yaxşı oynamaq önəmlidir. Bu, həlledici amil ola bilər".

 

Qeyd edək ki, bu gün İstanbulda, Atatürk Olimpiya Stadionunda  keçiriləcək "Mançester Siti" - "İnter" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti