Azərbaycanlı futbolçuların formaları xeyriyyə məqsədilə hərraca çıxarılıb

12:20 8 İyun 2023

Azərbaycanlı futbolçuların formaları xeyriyyə məqsədilə hərraca çıxarılıb.

 

Sportarena.az xəbər verir ki, bu addım Avropa Klublar Assosiasiyasının (ECA) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının birgə layihəsi çərçivəsində atılıb.

 

"Qarabağ"dan İsmayıl İbrahimli, "Neftçi"dən Emin Mahmudov və "Qəbələ"dən Asif Məmmədovun formaları auksionda satılacaq.

 

Layihənin sonunda toplanacaq məbləğ Türkiyə və Suriyada zəlzələdən əziyyət çəkən insanlara xərclənəcək.


Digər xəbərlər

Xəbər xətti