Simone İnzaqi: “Hər xırda detalı nəzərə alırıq”

13:00 7 İyun 2023

“İnter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının finalında “Mançester Siti”yə qarşı keçirəcəkləri matç barədə danışıb.

 

Sportarena.az xəbər verir ki, mütəxəssis finala çıxmaqla mümkün görünməyən bir işi bacardıqlarını deyib.

 

İnzaq finalın çətin keçəcəyinə əmindir:

“Amma biz birlikdə sübut etdik ki, mümkünsüz heç nə yoxdur. Lakin qarşıdakı oyun çox çətin olacaq. Biz favorit deyilik, amma futbolu gözəl edən də budur. Dünyanın ən yaxşı komandalarından birinə qarşı oynayacağıq. Bu komandanın məşqçisi hamıya bəllidir, lakin biz bacardıqca yaxşı hazırlaşmağa çalışacağıq. Oyuna münasibətimizi dəyişmək fikrində deyilik. Qarşılaşma zamanı daha aktiv hücum etməli olduğumuz zamanlar da olacaq, müdafiədə olunmaq lazım gələn vaxtlar da. Hazırlaşmaq üçün hələ vaxtımız var və biz hər xırda detalı nəzərə alırıq”.

 

Qeyd edək ki, Çempionlar Liqasının final oyunu iyunun 10-da İstanbulda, Atatürk Olimpiya Stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti