Qaltyenin son günləri

22:53 6 İyun 2023

PSJ-də gözlənilən istefa tezliklə rəsmiləşəcək. Baş məşqçi Kristof Qaltyeyə özünə yeni iş yeri axtarması tövsiyə olunub və yolların ayrılacağı nəzərinə çatdırılıb.

 

Sportarena.az xəbər verir ki, rəhbərlik komandadan ayrılan oyunçularla bağlı qərarları onun fikrini öyrənmədən verir. Elə yeni transferlərlə bağlı müzakirələrdə də bu mütəxəssis dinlənilmir.

 

Ötən yay “Nitsa”dan ayrılaraq Parisə gələn Qaltyenin müqavilə müddətinin bitməsinə bir il qalır. Komanda çempion olsa da, rəhbərlik Çempionlar Liqasında uğur istəyir. Bu səbəbdən Kristofun vəzifəsinin öhdəsindən gəlmədiyini düşünürlər. Fantastik büdcəyə rəğmən, PSJ-nin Liqa 1-də də rəqiblərdən aşkar üstün olmaması narazılığın digər səbəbidir.

 

Təzminat ödənərək yola salınacaq Qaltyeni əvəz etməyə əsas namizəd Yulian Haqelsmanndır. “Bayern”dən ayrılandan bəri işsiz olan alman mütəxəssis parislilərlə görüşdüyünü etiraf edib.


Digər xəbərlər

Xəbər xətti