"İnter"in iki futbolçusu finalda olmayacaq

20:21 6 İyun 2023

“İnter” Çempionlar Liqasının finalında “Mançester Siti” ilə keçiriləcək oyuna ciddi itklərlə çıxacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Simone İnzaqi yerli mətbuata açıqlama verib.

 

O, qapıçı Andre Onana və hücumçu Edin Dzekonun zədə səbəbindən finalda meydana çıxmayacağını bildirib.

 

Qeyd edək ki, iyunun 10-da keçiriləcək final görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti