Əliyar Ağayev Avropa çempionatının final mərhələsində

20:50 5 İyun 2023

Azərbaycanın FİFA referisi Əliyar Ağayev gənclər arasında  Avropa çempionatının final mərhələsinə təyinat alıb.

 

Sportarena.az law5-theref.blogspot.com saytına istinadən xəbər verir ki, o, Gürcüstanda keçiriləcək  A və C qrupunun matçlarını idarə edəcək hakimlər siyahısında yer alıb. Ə.Ağayevə Zeynal Zeynalov, Akif Əmirəli köməklik göstərəcəklər.
 

A qrupunda Gürcüstanla yanaşı, Portuqaliya, Niderland və Belçika, C qrupunda isə İngiltərə, Almaniya, Çexiya və İsrail yığmaları mübarizə aparacaqlar.
 

Qeyd edək ki, gənclər arasında Avropa çempionatının final mərhələsi iki ölkədə - Gürcüstan və Rumıniyada keçiriləcək. 2023-cü ilin iyunun 21-də başlanacaq yarışa iyulun 8-də yekun vurulacaq.


Digər xəbərlər

Xəbər xətti