"Monako" amerikalı ilə anlaşdı

20:27 5 İyun 2023

"Monako"nun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 

Sportarena.az "FootMercato"ya istinadən xəbər verir ki, knyazlıq klubu Cessi Alan Marşla anlaşıb.

 

Filip Klemanla yollarını ayırmış Fransa Liqa 1 təmsilçisi 49 yaşlı amerikalı ilə iki illik müqavilə imzalanacaq.

 

ABŞ millisinin veteran futbolçusu “Monreal İmpakt”, “Nyu-York Red Bullz”, “Leyptsiq”, “Zalsburq” və “Lids”də işləyib.


Digər xəbərlər

Xəbər xətti