“Qalatasaray” “Fənərbaxça”nı darmadağın etdi

23:30 4 İyun 2023

Türkiyə Super Liqasında 37-ci tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, bu gün daha bir görüş baş tutub.

 

Çempionluğu təmin etmiş “Qalatasaray” əzəli rəqibi “Fənərbaxça”nı qəbul edib. Meydan sahibləri bu oyunda darmadağına seviniblər.

 

Sona bir tur qalmış 85 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” və “Beşiktaş” 77 xalla 2-3-cü pillələri bölüşürlər. “Adana Dəmirspor”un 66, “Başakşəhər”in 59, “Trabzonspor”un 57 xalı var.

 

Türkiyə Super Liqası

37-ci tur

4 iyun

Qalatasaray – Fənərbaxça 3:0

Qol: Zaniolo, 28; 79. İkardi, 71.


Xəbər xətti