"Qəbələ" uğursuz seriyanı qırmağa çalışacaq

15:22 2 İyun 2023

"Qəbələ" Azərbaycan Kubokunda uğursuz seriyanı qırmağa çalışacaq.

 

Sportarena.az xəbər verir ki, cari mövsüm turnirdə uduzmayan "qırmızı-qaralar" bunadək 5 dəfə yarışı məğlubiyyətsiz (əsas vaxtda) bitirib.

 

Bölgə təmsilçisi 2011/2012, 2012/2013, 2013/2014, 2015/2016 və 2019/2020 mövsümlərində ölkə kubokunda uduzmayıb, amma həmin illərin heç birində mükafat qazanılmayıb.

 

Qeyd edək ki, iyunun 3-də Azərbaycan Kubokunun finalında "Qəbələ" və "Neftçi" komandaları üz-üzə gələcəklər.


Xəbər xətti