“Arsenal” uduzdu, “Mançester Siti” çempionluğu rəsmiləşdirdi

23:14 20 May 2023

İngiltərə Premyer Liqasında 37-ci tura start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk gündə 6 görüş baş tutub.

 

“Liverpul” “Aston Villa” ilə ev oyununda xal itirib. “Tottenhem” doğma meydanda “Brentford”a, “Arsenal” səfərdə “Nottingem Forest”ə uduzub. “Bornmut”un qonağı olan “Mançester Yunayted” isə tək qolla 3 xal qazanıb. “Arsenal”ın məğlubiyyəti “Mançester Siti”nin çempionluğu üçün kifayət edib.

 

İngiltərə Premyer Liqası

37-ci tur

20 may

Tottenhem – Brentford 1:3

Qol: Keyn, 8 – Mbeumo, 50; 62. Vissa, 88.

 

Bornmut – Mançester Yunayted 0:1

Qol: Kazemiro, 9.

 

Fulhem – Kristal Palas 2:2

Qol: Mitroviç, 45+5; 61 – Eduard, 34. Uord, 83.

 

Liverpul – Aston Villa 1:1

Qol: Firmino, 89 – Remsi, 27.

 

Vulverhempton – Everton 1:1

Qol: Hvanq, 34 – Mina, 90+9.

 

Nottingem Forest – Arsenal 1:0

Qol: Avoniyi, 19.


Digər xəbərlər

Xəbər xətti