Bundesliqada ayın oyunçusu məlum oldu

18:21 19 May 2023

“Borussiya”nın (Dortmund) hücumçusu Donyell Malen Almaniya Bundesliqasında aprel ayının ən yaxşı oyunçusu seçilib.

 

Sportarena.az xəbər verir ki, o, səsvermədə Jeremi Frimponqu, Mussa Diabini (hər ikisi “Bayer”), Joşa Vaqnomanı (“Ştutqart”) və Timo Verneri (“Leyptsiq”) qabaqlayıb.

 

Niderlandlı forvard ötən ay Bundesliqada keçirdiyi 5 matçda 5 qol vurub.

 

Xatırladaq ki, ardıcıl dördüncü dəfə Dortmund təmsilçisinin oyunçusu Almaniya çempionatında ayın oyunçusu seçilib: yanvar və fevralda Yulian Brandt, martda isə Rafael Gerrero.


Xəbər xətti