Maneyə yeni müştərilər var

13:21 18 May 2023

Sadio Manenin İngiltərəyə dönüşü reallaşmaq üzrədir. “Bayern”in zəif oyunu, eyni zamanda xarakteri üzündən vidalaşmaq istədiyi seneqallıya yeni müştərilərin olduğu üzə çıxıb.

 

Sportarena.az xəbər verir ki, Mane mövsümün əvvəlində “Liverpul”dan 32 milyon avroya transfer edilmişdi. Lakin sabiq baş məşqçi Yulian Naqelsmannla yola getməyən, daha sonra komanda yoldaşı Leroy Sane ilə dalaşan afrikalı gözdən düşdü. Belədə rəhbərlik onu satmaq qərarına gəldi.

 

Futbolçu özü də getmək istəyir. “Liverpul” onu geri qaytarmaq istəsə də, maliyyə şərtləri üzündən tərəddüddədir. “Bayern” iki illik müqaviləsi qalan oyunçuya görə ödədiyi məbləği tələb edir, mersisaydlılar isə 31 yaşlı futbolçudansa, daha gənc namizədlər axtarışındadır.

 

Amma Sadionun istedadını qiymətləndirənlər də var. Təsadüfi deyil, “Mançester Yunayted” və “Nyukasl” Mane ilə maraqlanmağa başlayıb. Yayda münhenlilərin güzəştə gedəcəyi və bu klublardan birinin afrikalını heyətinə qatacağı ehtimal edilir.


Xəbər xətti