Onu saxlamağa çalışacaqlar

18:17 13 May 2023

İcarə əsasında “Bayern”də forma geyinən “Mançester Siti”nin futbolçusu Joao Kanselo Almaniya klubunda qala bilər.

 

Sportarena.az “90min”-ə istinadən xəbər verir ki, Münhen klubunun rəhbərliyi portuqaliyalının çıxışından razıdır. Onlar icarə müddəti bitdikdən sonra 28 yaşlı futbolçunu heyətdə saxlamağı düşünürlər.

 

İngiltərə “Arsenal”ı və İspaniya klubu “Barselona” da futbolçu ilə maraqlanır.

 

“Bayern” Kanselonu cari mövsümün sonuna qədər satınalma şərti ilə “şəhərlilər”dən icarəyə götürüb.


Xəbər xətti