Bundesliqada mövsümün rəmzi komandası açıqlanıb

15:21 13 May 2023

Almaniya Bundesliqasında cari mövsümün rəmzi komandası açıqlanıb.

 

Sportarena.az çempionatın rəsmi saytına istinadən xəbər verir ki, səsvermədə azarkeşlər, klub nümayəndələri və futbol mütəxəssisləri iştirak ediblər.

 

Mövsümün ən yaxşı "11-liy"ində Dortmund "Borussiya"sından 4, "Bavariya"dan isə 3 futbolçu yer alıb.

 

Qapıçı: Qreqor Kobel ("Borussiya" Dortmund)

Müdafiəçilər: Jeremi Frimponq ("Bayer"), Matteys de Lixt, Alfonso Deyvis (hər ikisi "Bavariya"), Niko Şlotterbek ("Borussiya" Dortmund)

Yarımmüdafiəçilər: Yulian Brandt, Cud Bellingem (hər ikisi "Borussiya" Dortmund), Camal Musiala ("Bavariya")

Hücumçular: Mussa Diabi ("Bayer"), Randal Kolo Muani ("Ayntraxt").

 

Qeyd edək ki, Bundesliqada mövsümün başa çatmasına 3 tur qalıb. Turnir cədvəlinə 65 xalla "Bavariya" başçılıq edir. Liderdən 1 xal az toplayan Dortmund "Borussiya"sı isə ikincidir.


Xəbər xətti