Bundesliqa klubu baş məşqçi ilə müqaviləni uzatdı

21:26 10 May 2023

"Köln" baş məşqçisi Şteffen Baumqart ilə müqaviləsini uzadıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb Yeni sözləşmənin müddəti 2025-ci ilin yayınadək nəzərdə tutulub. Əvvəlki müqavilə isə 30 iyun 2024-cü ilə qədər idi.

 

Qeyd edək ki, Baumqart 2021-ci ildən "Köln"ün baş məşqçisidir. Komanda hazırda Bundesliqanın turnir cədvəlində 38 xalla 11-cidir.


Xəbər xətti