“Ayntraxt” məşqçisi ilə vidalaşır

11:57 10 May 2023

“Ayntraxt” yayda tamamilə dəyişəcək. Bir çox aparıcı futbolçunu satmağa qərar verən frankfurtlular baş məşqçi ilə də yollarını ayıracaq.

 

Sportarena.az xəbər verir ki, klub dünən Oliver Qlasnerlə yayda yollarını ayıracağını rəsmən açıqlayıb. Mövsüm bitən kimi 48 yaşlı mütəxəssis postunu tərk edəcək. Avstryalını kimin əvəz edəcəyi tezliklə müəyyənləşəcək.

 

Son illər “Ayntraxt”ın həm Bundesliqada, həm də avrokuboklarda uğurlu çıxış etməsinin əsas səbəbkarlarından olan Oliver Qlasner 2021-ci ililn yayından kluba rəhbərlik edirdi. Daha öncə vətəni Avstriyada müxtəlif komandalara rəhbərlik edən, 2019-21-ci illərdə “Volfsburq”u çalışdırmış məşqçi qarşılıqlı razılıq əsasında belə qərara gəlib.


Xəbər xətti