Ançelotti: "Qələbə qazanmağa layiq idik"

11:38 10 May 2023

"Maraqlı matç keçdi. İlk hissədə bizim üçün çətin olsa da, ikinci hissə daha yaxşı alındı. Oyunun gedişinə nəzarət edirdik".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinalında evdə "Mançester Siti" ilə heç-heçə etdikləri görüşdən (1:1) sonra deyib.

 

"Onlar topa çox sahib olanda müdafiədə hər şeyə nəzarət edirdik, amma topa oynamağa başlayanda çətinlik çəkirdik. İlk növbədə müdafiədə diqqətli oynamalı idik, fürsət düşən kimi ilk qolu vurduq. Bu, əla zərbə, fantastik an idi. Komanda yaxşı oynadı. Qələbə qazanmağa layiq idik. Futbolçularımdan razıyam" - deyə o bildirib.

 

Mütəxəssis cavab görüşü öncəsi yaxşı əhval-ruhiyyədə olduqlarını söyləyib:

"Rüdiger Haalanda qarşı yaxşı oynadı və orta sahədə matça nəzarət etdi. Oyun yaxşı keçdi, biz xoşbəxtik. Cavab matçı öncəsi əla əhval-ruhiyyədəyik".

 

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu mayın 17-i keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti