“Borussiya”dan 6 cavabsız qol

11:19 8 May 2023

Almaniya Bundesliqasında 31-ci tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, bu gün daha bir görüş baş tutub.

 

Dortmund “Borussiya”sı doğma meydanda “Volfsburq”la qarşılaşıb. Meydan sahibləri bu görüşdə darmadağına seviniblər.

 

Hazırda 65 xala malik “Bayern” vahid liderdir. Dortmund “Borussiya”sı 64 xalla ikinci, “Leypsiq” 57 xalla üçüncüdür. “Union Berlin”lə “Frayburq” 56, “Bayer” 48, “Volfsburq” 46, “Maynts” 45, “Ayntraxt” 43 xal toplayıb.

 

Almaniya Bundesliqası

31-ci tur

7 may

Borussiya (Dortmund) – Volfsburq 6:0
Qol
: Adeyemi, 14; 59. Haller, 28. Malen, 37. Bellingem, 54; 86.


Digər xəbərlər

Xəbər xətti