Nkunkunun mövsümün sonunda ayrılacağı təsdiqləndi

17:21 1 May 2023

Almaniyanın “Leyptsiq” komandasının baş məşqçisi Marko Rouz hücumçu Kristofer Nkunkunun mövsümün sonunda komandanı tərk edəcəyini təsdiqləyib.

 

Sportarena.az xəbər verir ki, bu barədə o, yerli mətbuata açıqlamasında məlumat verib.

 

Xatırladaq ki, Nkunkunun xidmətində həm Almaniya, həm də digər “böyük beşlik” ölkələrinin klublarından maraqlı olanlar var.

 

PSJ-nin yetirməsi olan Nkunku 2019-cu ildən “Leyptsiq”də forma geyinir. Fransadan olan 25 yaşlı forvard Bundesliqa təmsilçisində 166 oyuna 65 qol vurub.


Digər xəbərlər

Xəbər xətti