Nazarov qol vurdu, komandası 1 xal qazandı

21:47 30 Aprel 2023

Almaniya 3-cü Bundesliqasında 34-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Dmitri Nazarovun formasını geyindiyi "Ersgebirge" doğma meydanda "Viktoriya Köln"ü qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

 

Dmitri Nazarov da bu oyunun iştirakçısı olub. 32 yaşlı yarımmüdafiəçi 67-ci dəqiqədə meydana daxil olub. O, 82-ci dəqiqədə komandasının yeganə qolunu penaltidən vurub.

 

Xallarını 43-ə yüksəldən "Ersgebirge" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti