"Bavariya" komanda yoldaşını vuran futbolçunu transferə çıxarır

10:36 27 Aprel 2023

Almaniya "Bavariya"sı futbolçusu Sadio Maneni transferə çıxaracaq.


Sportarena.az xəbər verir ki, Münhen təmsilçisi seneqallı hücumçunu İtaliya "Napoli"sində çıxış edən Viktor Osimhenlə dəyişmək niyyətindədir. Bundesliqa klubu bunun üçün qarşı tərəfə əlavə ödəniş etməyə də hazırdır.

 

Neapollular nigeriyalı forvarda 150 milyon avro qiymət qoyublar. 25 yaşlı oyunçunun özü də "Bavariya"ya keçməyin əleyhinə deyil. Lakin Almaniya klubu 25 yaşlı hücumçu üçün tələb olunan təzminatı ödəmək istəmir. Münhen klubu Osimhenin transfer xərcini minimuma endirmək üçün bu işdə Manedən istifadə etməyi planlaşdırır.

 

Qeyd edək ki, Sadio Mane "Bavariya"ya ötən ilin yayında İngiltərə "Liverpul"undan keçib. O, bir müddət öncə İngiltərədə "Mançester Siti"yə 0:3 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunundan sonra komanda yoldaşı Leroy Saneni vurduğu üçün cəzalandırılıb.


Digər xəbərlər

Xəbər xətti