Çempionlar Liqasının finalı ABŞ-də keçirilə bilər

18:53 25 Aprel 2023

UEFA Çempionlar Liqasının finalı gələcəkdə ABŞ-də keçirilə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun prezidenti Aleksander Çeferin açıqlama verib.

 

O bildirib ki, həlledici qarşılaşmanın Birləşmiş Ştatlarda təşkili yalnız 2025-ci ildən sonra mümkündür:

"Artıq bunu müzakirə etməyə başlamışıq. Final oyunu bu il İstanbulda, gələn il Londonda, 2025-ci ildə Münhendə olacaq. Bundan sonrasına isə baxacağıq".

 

Qeyd edək ki, bu mövsüm Çempionlar Liqasının finalı iyunun 10-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti