"Bavariya" qışda transfer etdiyi qapıçını göndərəcək

12:34 25 Aprel 2023

Almaniyanın "Bavariya" klubu qapıçı Yann Sommerlə yollarını ayıracaq.

 

Sportarena.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Münhen təmsilçisinin baş məşqçisi Tomas Tuxel isveçrəli qolkiperin çıxışından razı deyil. Alman mütəxəssis 34 yaşlı "əlcək sahibi"nin yayda komandadan göndərilməsini istəyir. Tuxel hazırda zədəli olan Manuel Noyeri növbəti mövsüm üçün əsas qapıçı kimi görür.

 

Qeyd edək ki, "Bavariya" Yann Sommeri qış transfer pəncərəsi zamanı Münhenqladbax "Borussiya"sından transfer edib. İsveçrə millisinin üzvü komandanın heyətində meydana çıxdığı 20 rəsmi matçda qapısında 26 qol görüb.


Digər xəbərlər

Xəbər xətti