Tuhel istefaya göndərilə bilər

11:19 25 Aprel 2023

"Bavariya" bu mövsüm Almaniya çempionluğunu qazana bilməsə, baş məşqçi Tomas Tuhel istefaya göndərilə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə goal.com saytı məlumat yayıb.

 

Qeyd edilir ki, alman mütəxəssis təyinatından iki ay sonra vəzifəsini itirə bilər. Tuhelin rəhbərliyi altında keçirilən 7 matçda "Bavariya" 3 dəfə məğlub olub, 2 qələbə qazanıb, 2 dəfə isə heç-heçə edib. Əvvəlki baş məşqçi Julian Nagelsmann dövründə isə “Bavariya" yalnız 37 oyunda (bütün yarışlarda) 3 dəfə məğlub olmuşdu.
 

Bundan başqa Münhen təmsilçisj Çempionlar Liqası və Almaniya kubokunu tərk edib. Bundesliqada 29-cu turdan sonra isə “Bavariya” lider “Borussiya”dan (Dortmund) 1 xal geri qalmaqla 2-ci yeri tutur. 

 

Bildirilir ki, “Bavariya”nın bossları mayın 22-də, klubun mövsümün son oyununa 5 gün qalmış iclas keçirərək, məşqçilər və direktorlar heyəti ilə bağlı yeku qərarları qəbul edəcəklər.

 

Xatırladaq ki, Tuhel martın 25-də “Bavariya”nın baş məşqçisi təyin olunub.


Digər xəbərlər

Xəbər xətti