“Frayburq”dan darmadağın, "Leypsiq" və "Union Berlin" uduzdu - VİDEO

10:18 24 Aprel 2023

Almaniya Bundesliqasında 29-cu tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, bu gün daha 3 görüş baş tutub.

 

“Frayburq” evdə “Şalke”ni, “Bayer” isə “Leypsiq”i məğlub edib. Mönhenqladbax “Borussiya”sı da “Union Berlin”lə ev oyununda məğlub olub.

 

Hazırda 60 xala malik Dortmund “Borussiya”sı vahid liderdir. “Bayern” 59 xalla ikinci, “Union Berlin” 55 xalla üçüncü pillədə qərarlaşıb. “Frayburq” 53, “Leypsiq” 51, “Bayer” 47, “Maynts” 45, “Volfsburq” 43, “Ayntraxt” 42 xal toplayıb.

 

Almaniya Bundesliqası

29-cu tur

23 aprel

Frayburq – Şalke 4:0

Qol: Qreqoriç, 7; 35. Holer, 52. Ginter, 82.

 

Bayer – Leypsiq 2:0

Qol: Hlojek, 40. Amiri, 86.

 

Borussiya (Mönhenqladbax) – Union Berlin 0:1

Qol: Bekker, 60.


Digər xəbərlər

Xəbər xətti