"Borussiya"dan Roys açıqlaması

18:00 23 Aprel 2023

"Borussiya"nın (Dortmund) baş direktoru Hans-Yoahim Vatzke yarımmüdafiəçi Marko Roysun komandadakı gələcəyi ilə bağlı fikirlərini açıqlayıb.

 

Sportarena.az jurnalist Fabrizio Romanonun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, o deyib:

""Yaxın vaxtlarda Markonun müqaviləsi ilə bağlı qərar verəcəyik. Düşünürəm ki, bu, on günə qədər çəkəcək".

 

Qeyd edək ki, Roys 2012-ci ildən Dortmund təmsilçisində çıxış edir. Onun klubla müqaviləsi iyunun sonuna kimidir.  33 yaşlı alman bu mövsüm 20 liqa oyununda meydana çıxıb, 6 qol vurub və 4 qolun ötürməsini verib.


Digər xəbərlər

Xəbər xətti