Messi 15 çamadanla Barselonaya getdi

17:40 23 Aprel 2023

PSJ-nin hücumçusu Lionel Messi ailəsi ilə dünən Barselonaya gedib.

 

Sportarena.az xəbər verir ki, bu barədə jurnalist Jerar Romero "Tvitter" hesabında məlumat verib. Bildirilib ki, 35 yaşlı futbolçu medianın diqqətini cəlb etməmək üçün yerli hava limanından gizli qapıdan çıxıb. Messi ailəsi Barselonaya çoxlu baqajla uçub. Onların yanlarında 15 çamadan olduğu bildirilir.

 

Qeyd edək ki, Messi 2000-2021-ci illərdə "Barselona"nın strukturunda olub. Daha sonra 2023-cü ilin yayına qədər müqavilə imzalayaraq azad agent kimi PSJ-yə keçib. Messi bu mövsümün sonunda azad agent olacaq və çox güman ki, Barselonaya qayıdacaq.


Xəbər xətti