Tomas Tuxel: “Nə olduğunu bilmirəm”

13:20 23 Aprel 2023

Tomas Tuxel “Bayern”in son matçlardakı problemlərini yorğunluqla əlaqələndirib.

 

Sportarena.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Tuxel “Manyts”a məğlubiyyət barədə də danışıb:

“Bu, tamamilə lazımsız məğlubiyyətdir. Biz kifayət qədər diqqətimizi cəmləməmişdik. “Maynts” təzyiq göstərməyə başlayanda, qarşılıq verməyə gücümüz çatdığını görmədim. Və nə olduğunu bilmirəm.

İndi həqiqətən çətin vəziyyətdəyik. Komandanın başına çox şey gəlib. Yatmışıq, yorğunuq. Komanda sanki bu mövsüm artıq 70 oyun keçirib”.


Digər xəbərlər

Xəbər xətti