Lionel Messi Liqa 1-də tarixə düşüb

15:23 22 Aprel 2023

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi Liqa 1-də tarixə düşüb.

 

Sportarena.az "Stats Foot" nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu buna "Anje"yə 2:1 hesabı ilə qalib gəldikləri XXXII tur matçında nail olub.

 

Görüşdə məhsuldar ötürmə ilə yadda qalan təcrübəli forvard cari mövsüm 15-ci assistini gerçəkləşdirib. O, bu rəqəmə ən tez çatan oyunçu adına sahib çıxıb. Argentinalı futbolçu buna 27 qarşılaşmada müvəffəq olub.

 

Bundan əlavə, Messi 2006/2007 mövsümündən sonra Eden Azar və Kilian Mbappedən sonra Liqa 1-də 15 qol və eyni sayda məhsuldar ötürmə müəllifi olan üçüncü oyunçudur.


Xəbər xətti