PSJ-nin yay üçün əsas transfer hədəfi

13:51 21 Aprel 2023

PSJ “Tottenhem”in hücumçusu Harri Keyni transfer etməkdə maraqlıdır.

 

Sportarena.az “Le Parisien”-ə istinadən xəbər verir ki, PSJ-nin idman direktoru Luis Kampos 29 yaşlı ingilis futbolçunun transferini bu yay klub üçün əsas hədəflərdən biri hesab edir.

 

Qeyd edək kİ, Keyn bu mövsüm “Tottenhem”in heyətində bütün turnirlərdə 42 oyuna çıxıb, 25 qol vurub və 4 məhsuldar ötürmə edib


Xəbər xətti